Qənirə Paşayeva vəfat etdi: harada dəfn olunacaq? – CANLI YAYIM

Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.

Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn olunacaq.

***20:20

Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayeva vəfat edib.

Globalinfo.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğ Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Xatırladaq ki, deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Türkiyədən də həkimlər cəlb edilmişdi. Bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.