Rusiya–Ukrayna müharibəsində itkin hesab olunan Azərbaycan vətəndaşının meyitinin tapıldığı bildirilir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Qəhrəmanov Vaqif Qazı oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib.
Onun daha əvvəl Dağıstanın Xasavyurt şəhərində yaşadığı, ailəli olduğu və 5 övladının olduğu qeyd edilir.
Mənbələrin məlumatına əsasən, müharibə bölgəsində itkin düşmüş hesab edilən Vaqif Qəhrəmanovun meyitinin tapıldığı və yaxın günlərdə dəfn üçün Azərbaycana gətiriləcəyi gözlənilir.