Qəbula gələn müəllim Təhsil İdarəsində öldü – FOTO

Qazax-Tovuz Regional Təhsil İdarəsində qəbula gələn müəllim vəfat edib. 

Globalinfo.az xəbər verir ki, təhsil sektorunun metodisti Elçin Abdıyevin RTİ-nin müdiri Arslan Hacıyevin qəbulu zamanı qəfildən halı pisləşib, yerə yıxılıb və bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Ttəcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

“18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşib, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişib”, –  deyə Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumatda qeyd olunub.

Qeyd edək ki, Elçin Abdıyev Tovuz rayonu üzrə təhsil sektorunda metodist vəzifəsində çalışıb. Dekabrın 30-da onunla bağlanmış müddətli əmək müqaviləsinin vaxtı bitdiyi üçün əmək fəaliyyətinə xitam verilib.