Qəbiristanlığa gedən yaşlı qadını itlər parçaladı

Goranboyda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kənd sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.

Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.