Qəbələdə zəncirvari qəza: xəsarət alan var

Qəbələdə zəncirvari yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisəni Qəbələ rayon sakini Fuad Sabirlinin idarə etdiyi “Mercedes” markalı avtomobil törədib.

Nəticədə dörd maşın toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.