Qəbələ rayonunda zəncirvari qəza baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi VAZ-2107, Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 və Ələsgər Mikayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə iki nəqliyyat vasitəsinin müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüləri – M.Məmmədov və R.Məmmədov – rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Report-un məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Rəhim Məmmədov aldığı ağır xəsarətlərdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxt qeydə alınıb. Mənsur Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Fakt bağlı araşdırma aparılır.\