Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

0BP9JXATXM5DyLaipE9jkFrMG6Iwnzflz2r4HGDt 1200

Qəbələ rayonunda qətl hadisəsi törədilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Solquca kəndi ərazisində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.