Qəbələdə qadın ana və qızını bıçaqladı

Qəbələ rayonunda ana və 17 yaşlı qızı bıçaqlanıb.

Globalinfo.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə dünən saat 20:30 radələrində baş verib.

Qəbələ şəhər sakini Elnarə Tahirovanın və onun 17 yaşlı qızının kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ana və qızına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Salatın Əhmədiyyəzadə saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.