Qəbələdə “Mercedes” ağaca çırpıldı: ölən var

Qəbələdə ağaca çırpılan maşın yanıb,

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.