cv 7

“Türk dünyasının bütövləşməsi üçün ilkin şərtlər mövcuddur. Bir xalq olaraq etnik kimliyimizi müəyyənləşdirmək üçün daha çox yaxınlaşmalıyıq. Tarix güclü bir amildir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Baku TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, 70 il sovet media ruporu türk kimliyini məhv edə bilmədi.

“1992-ci ildən başlayaraq türkdilli ölkələr birləşmə yolunda mühüm addımlar atdı. Bu gün Qəbələdə baş tutan Türk Dövlətlərinin Zirvə görüşü birlik üçün, daha geniş layihələr üçün atılan mühüm addım idi”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Paylaş: