“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklarda!

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə əldə edib.

Globalinfo.az xəbər verir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının XXXVI – sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub.

Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub.

“Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.