“Qəbələ” Konfrans Liqası ilə vidalaşdı – YENİLƏNİB

“Omoniya” – “Qəbələ” matçı 4-1 hesabı ilə yekunlaşdı.

İki görüşün nəticəsinə görə 7-3 məğlub olan Qəbələ təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırdı.

***

59-cu dəqiqədə Klubali fərqi artırdı: 4-1.

***

“Qəbələ” 56-cı dəqiqədə fərqi azaltdı: 3-1.

***

İkinci hissə başladı.

***

Lanq 39-cu dəqiqədə üçüncü qolu “Qəbələ”nin qapısından keçirdi: 3-0.

***

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab arasındakı fərq artıb.

Meydan sahibi “Omoniya”nın heyətində R.Bezus 29-cu dəqiqədə penaltidən özünün və komandasının ikinci qolunu vurub.

***

Bezus matçın 5-ci dəqiqəsində “Omoniya”nı hesabda önə keçirdi: 1-0.

***

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb. 

***

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

“Omoniya”: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus.

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya.

Qeyd edək ki, bu gün Nikosiyadakı “GSP Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.