“Qəbələ” Azərbaycan Kubokunun qalibi oldu – YENİLƏNİB

“Qəbələ” matçın 102-ci dəqiqədə İsnik Aliminin vurduğu qolla “Neftçi”ni 1-0 məğlub edərək Azərbaycan Kubokunun qalibi oldu.

***

Matçın əsas vaxtında hesab açılmadı. Əlavə 30 dəqiqə oynanılacaq.

***

Matçın ikinci hissəsi başladı.

***

İlk hissə 0:0 hesabı ilə başa çatdı.

***

“Neftçi” və “Qəbələ” matçı başladı.

***

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Globalinfo.az xəbər verir ki, həlledici görüşdə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcəklər.

Komandaların start heyətləri aşağıdakı kimidir:

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.

*** 09:39

Bu gün “Neftçi” və “Qəbələ” futbol klubları doqquz ildən sonra Azərbaycan kuboku yarışlarının finalında üz-üzə gələcəklər.

Globalinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, sayca 31-ci ölkə kuboku yarışlarına təsadüf edəcək.

Baş tutacaq oyun bu komandalar arasında, ümumilikdə, ikinci final qarşılaşması kimi yadda qalacaq. Tərəflərin ilk final dueli 2013-2014-cü il mövsümünə təsadüf edib. Həmin vaxt 1:1 hesabı ilə yekunlaşan görüşdə bölgə təmsilçisi penaltilər seriyasında rəqibini üstələyərək (3:2) kuboka yiyələnib.

Beləliklə, “Neftçi” və “Qəbələ” komandaları 3299 gündən sonra ikinci dəfə finalda rəqib olacaqlar.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.