“Qazilərin işlə təmin olunmasına çalışılır” – Nazir müavini

“Qazilərə 80 manat məbləğində müavinət ödənilir, həqiqətən də bu məsələ çox müzakirə olunur”.

Globalinfo.az xəbər verir ki,bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atıldığını bildirib:

“Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. Bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər.

Ayşən Mustafa
Globalinfo.az