“Qazaxlı Alik”in oğlu azadlığa çıxır? – Açıqlama

Özünü Milli Fədailər Hərəkatının sədri kimi təqdim edən Fuad Muradov 3 oktyabr 2023-cü il tarixində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. F.Muradovun azadlığa çıxma şansı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan F.Muradovun atası “Qazaxlı Alik” kimi tanınan Alik Muradov oğlunun təcridxanada olduğunu bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə qərar verilə bilər:

“Gələn ayın əvvəlində Fuadla bağlı qərar qəbul olunmalıdır. Azadlığa çıxa da bilər, barəsində həbs qərarı verilə də bilər. May ayını gözləyirik. Hazırda konkret bir söz deyə bilmərik”.

Qeyd edək ki, Fuad Muradov Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.

Zaira Akifqızı
Globalinfo.az