“Qazaxlı Alik” həbsdəki oğlundan danışdı: Onu hara aparıblar?

qazaxli alik kollaj scaled

“Oğlum Fuadla görüşdüm. Dünən də övladları görüşdü. Demişdilər, mayın əvvəli apelyasiya məhkəməsi olacaq, amma olmadı”.

Bu sözləri Globalinfo.az-a “Qazaxlı Alik” kimi tanınan Alik Muradov oğlu Fuad Muradovun məhkəməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, məhkəmə onlayn qaydada keçirilib:

“Gözləyirdik ayın 5-i məhkəmə olacaq, iştirak edəcəyik. O da onlayın keçirilib deyə, heç normal məlumatımız da olmadı. Hazırda oğlum Kürdəxanıdakı istintaq təcridxanasından Gəncəyə köçürülüb. İndi deyirlər, mayın 30-da, ya da 31-də yenidən məhkəmə keçiriləcək”.

A.Muradov oğlunun azadlığa çıxması üçün İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət etdiyini deyib:

“Ombudsman və bir neçə aidiyyəti quruma məktub ünvanlamışam. Ortada şahid yox, oğlumun üzünə duran yox, sübut yox, amma iş uzanır. Görək, necə olacaq”.

Qeyd edək ki, özünü Milli Fədailər Hərəkatının sədri kimi təqdim edən Fuad Muradov 3 oktyabr 2023-cü il tarixində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Fuad Muradov Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.

Zaira Akifqızı
Globalinfo.az