Qazaxıstandan Putinə zərbə: “Buna imkan verməyəcəyik”

Qazaxıstan imkan verməyəcək ki, Rusiya üçtərəfli qaz ittifaqından sanksiyalardan yayınmaq üçün istifadə etsin.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Başqa ölkələr bizi Rusiyaya sanksiyalardan qaçmaq üçün çıxış yolu yaratmaqda ittiham edə bilərlərmi? Bunu müzakirə etmək hələ çox tezdir, lakin Qazaxıstanın mövqeyi prinsipialdır. Biz imkan verməyəcəyik ki, ərazimiz sanksiyalardan yayınmaq üçün istifadə edilsin”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə üçtərəfli qaz ittifaqı yaratmaq barədə təklif verib. Moskvanın təklifinə əsasən ittifaq Qazaxıstan, Rusiya və Özbəkistan arasında yaradılmalıdır. İmzalanması nəzərdə tutulan saziş rus qazının zəmanətli formada nəqlini nəzərdə tutur.

İlkin
Globalinfo.az