Qazaxıstanda seçki: Nazarbayev səs verdi, ardınca çağırış etdi

Qazaxıstanda keçirilən prezident seçkisində seçici aktivliyi 38,5%-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Qazaxıstan Mərkəzi Seçki Komissiyası yayıb.

Səhər saatlarında Astanada həmçinin Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev də səs verib. Bununla Nazarbayev uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb. Səs verdikdən sonra eks-prezident jurnalistlərə açıqlama verərək, hər kəsin dövləti müdafiə etməli olduğunu da deyib. O, xalqı Tokayevin ətrafında birləşməyə çağırıb.

Bu gün Qazaxıstan Prezidenti Qasım Comart Tokayev də jurnalistlər qarşısına keçərək, ölkədə demokratik islahatların anonsunu verib.