murat haci

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleunun guya saxlanılması ilə bağlı yayılan xəbəri təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Qazaxıstan Respublikasının xarici işlər nazirinin saxlanılması xəbəri həqiqətə uyğun deyil. Bunu jurnalist etikasının və ölkəmizin mövcud qanunvericiliyinin pozulması kimi qiymətləndiririk”, – o qeyd edib.

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumatı təkzib edib.

Globalinfo.az bildirir ki, u barədə “Report” qurumun sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

Qazaxıstan Respublikası Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bildirir ki, Gülnar Bajkenovaya məxsus resurslarda (“Orda” və “Bajkenova vs.”) Qazaxıstan Respublikasının xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə yayılan məlumat həqiqətə uyğun deyil”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl bir sıra Qazaxıstan KİV-i xarici işlər nazirinin, bəzi digər yüksək vəzifəli məmurların və iş adamı Hacı Hacıyevin guya saxlanılması barədə məlumat yaymışdı.

***13:52

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.

Globalinfo.az xəbər verir ki, Qazaxıstan Teleqraf Agentliyi “Kaztag” məlumat yayıb.

***13:30

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Orda.kz saytı məlumat yayıb.

Onlarla bərabər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək vəzifəli əməkdaşları saxlanılıb.

Nurtleu Çindən ŞƏT sammitində qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.

Paylaş: