Qazaxıstanda etiraz aksiyaları başladı: Saxlanılanlar var – VİDEO

Qazaxıstanda Prezident Qasım-Jomart Tokayevin yenidən seçilməsi ilə bağlı etiraz aksiyaları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Kanallar Astanada insanların 30 dərəcə şaxtaya baxmayaraq, mitinqə toplaşmağa başladığını və polis tərəfindən saxlanıldığını iddia edib.

Xüsusilə, “Vlast” nəşri yazıb ki, keçmiş “Meqa” ticarət mərkəzinin ərazisində bir qrup insan mərkəzə doğru yürüş etməyə çalışıb.

Qeyd edilib ki, aksiya o qədər də kütləvi olmayıb, onu yerli siyasi və iqtisadi hərəkatın üzvləri təşkil ediblər.

Son məlumatlara görə, baş tutmayan mitinqin ərazisində artıq heç kim qalmayıb.

Ölkənin Daxili İşlər Nazirliyi Prezident Qasım-Jomart Tokayevin andiçmə mərasimi günündə Astanada qanunsuz yürüşün qarşısının alındığı və saxlanılanların olduğunu bildirib

Məlumatda qeyd edilib ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb.