Qazaxıstanda arvadını öldürən sabiq nazir həbsxanadan yoxa çıxıb?

6731026f634996731026f6349a17312651356731026f634976731026f63498

Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev Arşalı kəndindəki cəzaçəkmə müəssisəsindən yoxa çıxıb.

Globalinfo.az xəbər verir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.

Bişimbayevin saxlanmalı olduğu müəssisədə olmaması barədə məlumatı vəkili də təsdiqləyib.

Ölkənin Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsi isə Kuandık Bişimbayevin cəzaçəkmə müəssisəsindən qaçması ilə bağlı məlumatları təkzib edib.

“KazTAG” agentliyinin yaydığı məlumata əsasən, komitə K. Bişimbayevin ciddi rejimli müəssisədə cəza çəkdiyini bildirib.

Xatırladaq ki, Qazaxıstanın sabiq naziri Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.