Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.

“Martın 11-12-də Prezident Kasım – Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, – məlumatda deyilir.

Məlumata görə, səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, eyni zamanda, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.