Azərbaycanla Ermənistana yeni platforma təqdim edirik – Tokayev

“Biz Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyə, bu istiqamətdə birgə çalışmağa razılaşdıq”.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev İrəvanda jurnalistlərə açıqlamasında deyib.

O, Qazaxıstanın sülh danışıqları üçün yeni platforma təqdim edə biləcəyini vurğulayıb:

“Biz Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istiqamətində cəhdlərini alqışlayırıq. Qazaxıstan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi daha da yaxınlaşdırmaqdır. Bu məsələdə dəstək göstərməyə, missiyanı öz üzərimizə götürməyə hazırıq”.

Ayşən Mustafa
Globalinfo.az