Qazaxıstan bu səbəbdən dövlət gerbini dəyişir: Tokayev qərar verdi

Qazaxıstan Sovet dövrünün əlamətlərindən xilas olmaq üçün dövlət gerbini dəyişmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” nəşri məlumat dərc edib.

Məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni gerbin eskizini hazırlamaq üçün müsabiqə elan edib.

Tokayevin sözlərinə görə, Qazaxıstan gerbinin qavranılması çox çətindir. Çünki onda eklektizm və sovet dövrünün əlamətləri var.

“Dövlət gerbinə gəlincə, hesab edirəm ki, burada peşəkarların və gənclərin əsaslı arqumentlərini nəzərə almaq məqsədəuyğundur. Qazaxıstan gerbinin qavranılması çox çətindir. Əgər ümumi razılıq olsa, mahiyyətcə bütün aspektləri nəzərdən keçirəcək və ictimai müzakirələr aparacaq xüsusi komissiya yaratmaq olar. Sonra Qazaxıstanın yeni dövlət gerbinin eskizini hazırlamaq üçün açıq müsabiqə elan edilə bilər”, – deyə Tokayev vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az