Qazaxın azad edilən kəndində Azərbaycan bayrağı qaldırıldı – VİDEO

Qazaxın işğaldan azad edilən Bağanis Ayrım kəndində Azərbaycan bayrağının qaldırıldığı bildirilir. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Azadlıq Radiosu”nun Ermənistan bürosu görüntü yayıb.

Artıq Azərbaycan Ordusunun Bağanis Ayrım kəndinin ərazisinə yerləşməyə başladığı bildirilir.

Məlumata görə, Xeyrimli, Qızılhacılı, Aşağı Əskipara və Bağanis Ayrım kəndlərinin təhvil verilməsinə hazırlıq görülür. Bir neçə gündür ərazilərdə minatəmizləmə işləri aparılır.

Qeyd edək ki, işğaldan azad edilən digər kəndlərdə də Azərbaycan bayrağının qaldırılması prosesinin getdiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az