Bakı İrəvandan 1 kq alma istəyir… – Ovannisyan

“Azərbaycan bizdən 4 kənd tələb edir, lakin İrəvandan hər hansı rəsmi reaksiya yoxdur, sanki Bakı 1 kiloqram alma istəyir”.

Globalinfo.az xəbər verir ki, “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan deyib.

O, İrəvan hakimiyyətinin proseslərə səssiz qalmasına diqqət çəkib:

“Ermənistan Rusiya ilə ciddi qarşıdurma içərisindədir, lakin hakimiyyət susur. Bu hökumət hazırda hər şeyə susur. İndi elə bir vəziyyətdəyik ki, zaman və reallıqda itmişik, məhv olmuşuq. Yoxsul xalq müqavimət göstərməyi, mübarizə aparmağı ağlından belə keçirmir, hazırda o əhvali-ruhiyyədə deyil. İnsanları etiraza səsləmək, mübarizəyə cəlb etmək üçün təşkilatlanmada da ciddi problemlər var. Sabah İrəvan bombalananda yenə deyəcəklər ki, bunu siyasiləşdirməyin. Biz dilsiz ölkəyə çevrilmişik”.

Ayşən Mustafa
Globalinfo.az