Qazaxda qəzaya düşən səfirlik əməkdaşlarından yeni xəbər

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları – 1955-ci il təvvəlüdlü Xulordava Malxaz və 1956-cı il təvvəlüdlü Todua Yali Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus “Leksus” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.