
Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Qazax rayon Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov həmkəndlisi 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.