Sosial şəbəkədə Bakıda səfirlik avtomobillərinin taksi dayanacağında qanunsuz parklanması ilə bağlı video yayılıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə taksi sürücülərindən biri “Dəmirçi Plaza”nın qarşısında avtomobili saxlayaraq müştərilərilərin minib-düşməsinə şəraitin olmadığını söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirdi ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Həmin videonu təqdim edirik:
