64a5b32b1679264a5b32b16793168858090764a5b32b1678e64a5b32b16790

Qaxda təsərrüfat işləri aparan qadını ilan sancıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lələli kəndində baş verib.

Kənd sakini, 34 yaşlı Günel Əmiraslan qızı Ərəbova yaşadı evin həyatyanı sahəsində təsərrüfat işləri aparan zaman ərazidə olan ilan onun sol əlini sancıb. G.Ərəbova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirlib, ona lazımi tibbi yardımlar göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Paylaş: