Qaxda dağlıq ərazi yanır

ermeniler yangin

Qaxda dağlıq ərazidə yanğın baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Böyük Qafqaz sıra dağlarının Ləkit-Kötüklü kəndi ərazisində başlayıb.

Yanğın yerinə Qax YMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğın təqribən 3 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.