Qatar alovlandı, sərnişinlər təxliyə edildi

sern

Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb.

Sərnişinlərdən vaqonları tərk etmələri istənilib.

Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.