Qarşısında diz çökdüyü sevgilisi Tom Kruza “yox” dedi

Şəxsi həyatı ilə bağlı tez-tez gündəmə gələn Hollivud ulduzu Tom Kruz son aylar  rus gözəli Elsina Xayrova ilə birlikdə idi.

Globalinfo.az lent.az-a istinadən bildirir ki,  rusiyalı deputatın qızı olan Elsina ilə münasibətlər ildırım sürəti ilə başlayıb, ildırım sürəti ilə bitib.

Belə ki, Tom Kruz Elsinaya evlilik təklif etdikdən sonra özündən 20 yaş kiçik olan rus gözəli ondan ayrılıb. Elsinanın evlənməkdən qorxduğu üçün belə etdiyi iddia olunur.

Tom Kruz 36 yaşlı Elsinaya o qədər heyran olmuşdu ki, hətta onun uşaqları ilə də tanış olubmuş. Tomu qarşısında diz çökmüş və üzüklə görən Elsina təklifə yox deməklə qalmayıb, sevgi münasibətlərinə də son qoyub.