WhatsApp Image 2023 01 09 at 08.57.15

Bakıda “Bolt” taksi sürücüsü qar səbəbindən qəza törədib.

Globalinfo.az bildirir ki, hadisə bu gün səhər saatlarında Xətai rayonu, 8 Noyabr prospektində, Azərbaycan Boks Federasiyasının yanında baş verib.

Hadisə zamanı “Toyota Prius” markalı avtomobil işıqforda dayanmaq istəyərkən asfaltın sürüşkən olması səbəbindən sürəti tənzimləyə bilməyib və qarşıda dayanan “Hundai Sonata” markalı avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

3247cd24 e0a9 486b 91f5 373c12713a11

Turan Rzayev
Globalinfo.az

Paylaş: