Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının sədri vəzifəsindən istefa verib.
Globalinfo.az xəbər verir ki, o, bunu Qorqasali ofisində keçirilən brifinqdə elan edib.
Keçmiş baş nazir siyasətdən tamamilə getdiyini açıqlayıb.
“Bu gün siyasətdən getmək qərarımla bağlı məlumat vermək istəyirəm. Son bir neçə həftədir ki, gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar səngimir. Ona görə də özümü ictimaiyyət qarşısında mövcud suallara hərtərəfli cavab verməyə borclu hesab edirəm. İndiyə qədər siyasi həyatımda atdığım hər bir addım konkret məqsədə – ölkəmizə, xalqımıza xidmət etməyə, dövlətimizi gücləndirməyə istiqamətlənmişdi. Mənim səmimi və əsas istəyim ölkəmizin möhkəmlənməsinə dəstək verməkdir”, – Qaribaşvili söyləyib.
Qeyd edək ki, İrakli Qaribaşvili 2024-cü il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.
Ayşən Mustafa
Globalinfo.az