Qaribaşvili: “Regionda dostluq Azərbaycanla Gürcüstanın ümumi məqsədidir”

Prezident İlham Əliyevi qonaq etməkdən şadam.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

“Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını, perspektivləri və nəhəng potensialı müzakirə etdik. Regionda dostluq, dinc əməkdaşlıq və firavanlıq bizim ümumi məqsədimizdir”, – deyə İrakli Qaribaşvili bildirib.