Qaribaşvili istefa verdi: yerinə o şəxs gəlir? – FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili canlı yayımda istefa verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

İrakli Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib. Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.

***15:15

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsini tərk edir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, yanvarın 24-də “Gürcü arzusu” partiyasının siyasi şurasının iclası keçirilib və fevralın 1-də partiya qurultayının təşkili qərarlaşdırılıb. Məlumata görə, qurultayda hökumət başçısı postuna partiyanın sədri vəzifəsini icra edən İrakli Kobaxidzenin, partiya sədri vəzifəsinə isə baş nazir İrakli Qaribaşvilinin namizədliyi irəli sürüləcək.

Ayşən Mustafa
Globalinfo.az