“O, Gürcüstanın nəhəng dostu idi” – Qaribaşvili

“Heydər Əliyev Gürcüstanın nəhəng dostu olub”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə Qəbələdə keçirdiyi ikitərəfli görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Bu il Sizin dahi atanız Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edirsiniz. Siz bizim dostumuzsunuz. Heydər Əliyev də Gürcüstanın nəhəng dostu olub. Sizə və Azərbaycan xalqına sülh və sabitlik arzu edirəm”, – deyə Qaribaşvili birgə mətbuat konfransındakı çıxışını yekunlaşdırıb.