Qaribaşvili Əliyevin səfərindən yazdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ilə bağlı “X” platformasında paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Baş nazir paylaşımında Azərbaycan Prezidenti ilə görüşünün məqsədindən yazıb.

“Prezident İlham Əliyevlə görüş Azərbaycan və Gürcüstan arasında əlaqələri möhkəmləndirməyə, iqtisadi artıma təşviq etməyə yönəlib. Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə işləri nəzərdən keçiririk. Gürcüstanın regionda sülhə və sabitliyə verdiyi dəstək bir daha vurğulandı”, – Qaribaşvili bildirib.