Qardaş ölkədə tarixi zəfərimizlə bağlı tədbir keçirildi – FOTOLAR

 

Türkiyənin paytaxtı Ankaradakı Hərbi Akademiyada Azərbaycan səfirliyi tərəfindən İkinci Qarabağ müharibəsində qazanılan qələbənin 2-ci ildönümü münasibətilə tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duran, Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, “Anadolu” informasiya agentliyinin baş direktor müavini Yusuf Özhan və çox sayda qonaq iştirak edib.

Zəfər proqramı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sonra Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən Hikmət Hacıyev Qarabağın Ermənistan tərəfindən işğalından bu günə qədər regionda gedən proseslərdən danışıb. O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub:

“Qarabağ zəfərinin qazanılmasında Türkiyə və xalqının Azərbaycana mənəvi, siyasi və diplomatik dəstəyi heç vaxt unudulmayacaq. 80 milyonluq Türkiyənin ürəyi Azərbaycanla birlikdə döyündü.

Ermənistan silahlı qüvvələri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan şəhərlərində dinc əhalini hədəfə alsa da, Ordumuz beynəlxalq hüquq normalarına əməl edərək döyüş meydanında onların cavabını verdi.

Qələbədən sonra Azərbaycan Qafqazda sülhün və inkişafın təmin edilməsi üçün yeni prosesə başlayıb. Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamağı təklif edir. Biz həmişə sülh istəyən xalq olmuşuq”.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov Qarabağ Zəfərinin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanı Qarabağ qələbəsinə aparan proseslər qısametrajlı filmlə nümayiş etdirilib.

No description available.No description available.No description available.No description available.No description available.

Zaira Akifqızı, Globalinfo.az