Qardaş Köməyi-nin TIR karvanı Türkiyəyə yola düşdü – VİDEO/YENİLƏNİB

Qardaş Köməyi platformasının Türkiyəyə yardım fonunfa işləri hər gün daha da böyüyür və sürətlənir.

Globalinfo.az xəbər verir ki, Qardaş Köməyi platformasının TIR karvanı Türkiyənin zələzələdən zərər çəkən bölgələrinə yola düşüb.

***17:08

Türkiyənin zəlzələdən zərər görmüş şəhərlərinə yardım aparan növbəti yardım karvanı yola düşmək üçün son hazırlaqlarını başa vurmaq üzrədir.

Globalinfo.az xəbər verir ki, Qardaş Köməyi platforması çərçivəsində bu işlər hər gün daha da böyüyür və sürətlənir.

Lökbatan qəsəbəsində böyük anbarların yerləşdiyi ərazidə toplama-çeşidləmə işləri bütün sürəti ilə davam etməkdədir.

İsti geyim, yataq ləvazimatları, qida ilə dolu TIR-lar bir neçə saat sonra Türkiyənin zəlzələ bölgələrinə yola düşəcək.

Ərazidə olan oxucularımızın redaksiyaya göndərdikləri video və fotoları təqdim edirik:

Malik
Globalinfo.az