Qarakilsədə erməni hərbçi öldü

Ermənistanda hərbçi öz evində ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçinin meyiti Böyük Qarakilsədəki evində tapılıb.

Polis əməkdaşları 31 yaşlı Aramais Z-nin meyiti üzərində zorakılıq əlamətləri aşkar etməyib.

Onun dəm qazından öldüyü bildirilir.

Məlumata görə, ölən hərbçi Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölük komandirinin müavini vəzifəsində xidmət edib.

Əliyar Xəlil
Globalinfo.az