Qaradağda yaşayış kompleksində yanğın oldu – Tüstüdən zəhərlənənlər var

Qaradağ rayonunda yanğın olub.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, “Qobu Park” yaşayış kompleksində çoxmərtəbəli binanın 8-ci mərtəbəsində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın zamanı bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

Faktı FHN-in mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.