“Qarabağın taleyi 9 il öncə Suriyada həll edildi” – Danielyan


“Qarabağın taleyinin hələ 2015-ci ildə Suriyada həll edildiyin demək olar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

S.Danielyan Türkiyə və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə birgə işi davam etdirəcəklərinə dair məlumata diqqət çəkib.

Erməni politoloq Cənubi Qafqazda vəziyyətin dəyişməyə başladığı bildirib:

“2015-ci ildə Rusiya qoşunları Suriyaya daxil olduqdan sonra Rusiya-Türkiyə monitorinq mərkəzi yaradıldı. Bu da Suriyanın o iki ölkənin birgə təsir mərkəzinə çevrilməsi deməkdir. Ehtimal etmək lazımdır ki, Qafqazda analoji mərkəzin yaradılması məhz o zaman düşünülüb. Müharibədən sonra Ağdamda Moskva və Ankaranın vahid monitorinq mərkəzi yaradıldı. Demək olar ki, Qarabağın taleyinin necə olacağı da həmin vaxt Suriyada müəyyənləşdi. Bu kontekstdə hazırda ABŞ və Türkiyənin prosesdə birgə təşəbbüsü suallar doğurur. Qafqazda vəziyyət dəyişir. İran və Rusiyanın əsas güc olduğu 3+3 formatını nə gözləyir?”.

Ayşən Mustafa
Globalinfo.az