690ba1840d736690ba1840d7371762369924690ba1840d734690ba1840d735

Qurban Qurbanov tarixi şəxsiyyətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçından sonra Ağdam klubunun prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri “Azərsun Arena”ya Qurban Qurbanovun adı verilə bilərmi” sualına da cavab verib.

O, belə bir fikir olarsa, bunu dəstəkləyəcəyini qeyd edib.

“Çelsi” kimi dünya nəhəngindən xal almağı bacardıq. “Qarabağ” rəqibindən çəkinmirdi. Dünyaya bizim hekayəmizi göstərən bu cəsarətdir. “Qarabağ” Azərbaycan xalqının gücünü dünyaya göstərdi. Bildiyiniz kimi, qarşıdan Zəfər günü gəlir. Bu nəticəni şəhidlərimizə həsr edirəm” – Tahir Gözəl əlavə edib.

Paylaş: