“Qarabağ”ın rəqibi Bakıya gəldi – FOTO

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rakov” kollektivi Bakıya gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa klubunun sosial şəbəkə səhifəsindən paylaşım edilib.

Xatırladaq ki, komandaların ilk görüşündə “Rakov” 3:2 hesabı ilə qalib gəlib. Cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.