“Qarabağ” futbol klubu ötən gün “”Ayntraxt Frankfurt” komandası üzərindəki qələbədən sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq ehtimalını artırıb.
Globalinfo.az “Oxu.Az”a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Liqa mərhələsinin yeddi turundan sonra 10 xal toplamağı bacararaq 18-ci pillədə yer tutub.
“Qarabağ“ın “Liverpul” səfərindən qazanacağı xal onları pley-off mərhələsinə yüksəldir. Məğlub olacağı təqdirdə isə pley-off mərhələsinə yüksəlmək şansı rəqiblərin oyunlarının nəticəsindən asılı olacaq.