“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə futbolçunun çalışdığı agentlik məlumat yayıb.
“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksəksəviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”, – deyə bildirilib.
Qeyd edək ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.