qarabag 2025 1

Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının planlarında gözlənilməz dəyişiklik edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, iyunun 27-də Avstriyada “Qarabağ“a qarşı keçirilməsi planlaşdırılan yoxlama görüşü ləğv olunub. Bu addımın atılmasına hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb kimi göstərilib.

Belə ki, tərəflər Avropa Liqasında ilk mərhələ səddini uğurla keçəcəkləri təqdirdə, növbəti raundda rəsmi olaraq üz-üzə gələ bilərlər.

Xatırladaq ki, “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda Tirol əyalətində iyulun 2-dək hazırlıq keçəcək.

Paylaş: