antonio 1200

“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte deyib.

O, “Qarabağ” klubu ilə matça ciddi yanaşdıqlarını bildirib:

“Enerjimizi bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq”.

Xatırladaq ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Paylaş: